...

Azərbaycan cüdoçusu Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında qızıl medal qazanıb

Cəmiyyət Materials 29 İyul 2011 12:35 (UTC +04:00)
Azərbaycan cüdoçuları Türkiyənin Trabzon şəhərində keçirilən Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında ikinci medal qazanıblar.
Azərbaycan cüdoçusu Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında qızıl medal qazanıb

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Azərbaycan cüdoçuları Türkiyənin Trabzon şəhərində keçirilən Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında ikinci medal qazanıblar.

Trend-in Azərbaycan Cüdo Federasiyasına istinadən yaydığı məlumata görə, yarışların üçüncü günündə tatami üzərinə çıxan cüdoçularımızdan -73 kq çəki dərəcəsində mübarizə aparan Firuddin Dadaşov bütün rəqiblərini məğlub edərək Olimpiya Festivalının qızıl medalını qazanıb.

Yarışların ikinci günündə mübarizəyə qoşulan Hüseyn Rəhimli (-66kq) festivalın gümüş medalını qazanıb. Digər çəki dərəcəsində mübarizə aparmış cüdoçumuz Rəşad Rufullayev (-60 kq) yeddinci, Sadıx Məhərrəmov isə (-50 kq) beşinci olub.

Cüdo yarışlarının son günündə (29 iyul) mübarizəyə Şükürov Cəlil (-90 kq) və Hüseynli Zaur (+90 kq) qatılacaq.

Xəbər lenti

Xəbər lenti