...

Azərbaycan Rumıniya ilə turizm sahəsində əməkdaşlığa maraq göstərir - nazir

Cəmiyyət Materials 29 İyul 2011 12:50 (UTC +04:00)
Azərbaycan Rumıniya ilə həm mədəni, həm də turizm sahəsində əməkdaşlığa maraq göstərir.
Azərbaycan Rumıniya ilə turizm sahəsində əməkdaşlığa maraq göstərir - nazir

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Rumıniya ilə həm mədəni, həm də turizm sahəsində əməkdaşlığa maraq göstərir. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemenlə görüşdə deyib.

Onun sözlərinə görə, 2006-cı ildə Azərbaycanla Rumıniya arasında hökumətlərarası saziş mədəni əlaqələrin inkişafında yeni mərhələnin başlanmasına təkan verib.

Nazir Azərbaycanda Rumıniyanın təcrübəsinin öyrənildiyini də söyləyib. O qeyd edib ki, Azərbaycanın Mingəçevir Turizm Kolleci ilə Rumıniyanın Braşov Turizm Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Hunor Kelemen isə Azərbaycana səfər etməyindən məmnun qaldığını deyib.

"Mən Azərbaycana mədəniyyətlərarası dialoq forumunun təşkilinə görə minnətdaram. Azərbaycanın mədəniyyətlərarası dialoqla bağlı belə bir təşəbbüs göstərməsi bəyənilməlidir", - rumıniyalı nazir deyib.

Kelemen xatırladıb ki, gələn il "Eurovison" müsabiqəsi Azərbaycanda keçiriləcək, bu isə Azərbaycan üçün çox vacib və mötəbər tədbirdir.

Kelemenin sözlərinə görə, Rumıniya "Eurovison-2012" müsabiqəsində iştirak edəcək. O, ölkəsinin bu müsabiqədə yaxşı nəticə əldə edəcəyinə inandığını söyləyib.

Xəbər lenti

Xəbər lenti