...

Azərbaycanın Əmək Müfəttişliyi idarə və müəssisələrə xəbərdarlıq edib

Cəmiyyət Materials 30 İyul 2011 12:05 (UTC +04:00)
Trend-in məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti ölkədə isti hava şəraitinin hökm sürməsi ilə əlaqədar idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə müvafiq tədbirlər həyata keçirir.
Azərbaycanın Əmək Müfəttişliyi idarə və müəssisələrə xəbərdarlıq edib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir T.Hacıyev/

Əmək Müfəttişliyi idarə və müəssisələrə xəbərdarlıq edib. Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkədə isti hava şəraitinin hökm sürməsi ilə əlaqədar idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə müvafiq tədbirlər həyata keçirir.

Müfəttişlik xəbərdarlıq edir ki, havanın temperaturunun +41 dərəcə selsidən yuxarı olduğu hallarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, açıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işcilərin sərinləməsi ücün fasilələr verməlidirlər. Fasilənin sayı və müddəti işəgötürənlə Həmkarlar İttifaqının birgə qərarı əsasında müəyyən olunur. Verilmiş bütün fasilələr iş vaxtına daxil edilir və aylıq tarıf maaşına hesablanır.

Əmək Məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlər İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb olunurlar. Belə ki, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə, işəgötürənlərin İXM-nin 54-cü maddəsi ilə 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hazırda respublikanın bütün regionları, xüsusən, aran zonaları üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün xüsusi qruplar yaradılıb və həmin qruplar fəaliyyətlərini davam etdirirlər. Müfəttişlik bütün işəgötürənlərə müraciət edərək, qeyd olunan tələblərin yerinə yetirilməsini təmin etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti