...

Ombudsman Aparatının əməkdaşları MTN-in istintaq təcridxanasına baxış keçiriblər

Cəmiyyət Materials 4 Avqust 2011 15:49 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasına baxış keçiriblər.
Ombudsman Aparatının əməkdaşları MTN-in istintaq təcridxanasına baxış keçiriblər

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığı ilə Ombudsman Aparatının əməkdaşları Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasına baxış keçiriblər. Bu barədə cümə axşamı Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Baxış zamanı Aparatın əməkdaşları təcridxanada saxlanılan şəxslərlə görüşüb və onların vəziyyəti ilə tanış olublar.

Görüş zamanı saxlanılan şəxslər istintaq təcridxanasında saxlanılma şəraiti ilə əlaqədar şikayətlərinin və onlara qarşı rəftarla bağlı heç bir narazılıqlarının olmadığını qeyd ediblər.

Eyni zamanda, təqsirləndirilən şəxslərdən N. tutulan zaman MTN-in Cəlilabad rayon şöbəsinin əməkdaşları tərəfindən kobud rəftara məruz qaldığını, həmçinin irəli sürülən ittihamla bağlı narazı olduğunu bildirib.

İstintaq təcridxanasına baxışın nəticələri ilə bağlı MTN-ə sorğu göndərilib.

Xəbər lenti

Xəbər lenti