...

DMX Azərbaycandan çıxarılan əcnəbilərin statistikasını açıqlayıb

Cəmiyyət Materials 5 Avqust 2011 10:20 (UTC +04:00)
Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) ötən ay ölkədən çıxarılan əcnəbilərin statistikasını açıqlayıb.b
DMX Azərbaycandan çıxarılan əcnəbilərin statistikasını açıqlayıb

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) ötən ay ölkədən çıxarılan əcnəbilərin statistikasını açıqlayıb.

DMX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Keçirilmiş tədbirlər nəticəsində iyul ayında 1241 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Onlardan 171 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 852 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 218 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

İyul ayı ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4 004 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti