...

Azərbaycanın təhsil naziri xaricdə oxuyan tələbələrə müraciət edib

Cəmiyyət Materials 12 Avqust 2011 18:53 (UTC +04:00)
Azərbaycanın xaricdə oxuyan hər bir tələbəsi ölkəmizin o ölkədə səfiri missiyasını yerinə yetirməlidir. Trend-in məlumatına görə, bunu cümə günü xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşdə təhsil naziri Misir Mərdanov bildirib.
Azərbaycanın təhsil naziri xaricdə oxuyan tələbələrə müraciət edib

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xaricdə oxuyan hər bir tələbəsi ölkəmizin o ölkədə səfiri missiyasını yerinə yetirməlidir. Trend-in məlumatına görə, bunu cümə günü xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşdə təhsil naziri Misir Mərdanov bildirib.

Nazir qeyd edib ki, hazırda xaricdə təhsil alan azərbaycanlı tələbələrin fəaliyyət imkanları çoxdur və onların hər bir davranışı Azərbaycanın adına yazılır. O, qeyd edib ki, buna görə də xaricdə təhsil alan hər bir Azərbaycan gənci öz üzərində məsuliyyət hiss etməlidir.

Mərdanov Azərbaycandakı stabilliyi qeyd edərək ölkə daxilində qarşıdurma yaratmağa cəhd göstərən gənclərə də müraciət edib.

"Mən onları düz yola qayıtmağa dəvət edirəm. Bu yaxınlarda Böyük Britaniyada baş verən iğtişaş da bir daha sübut etdi ki, dünyanın ən inkişaf etmiş ölkəsində belə sabitlik pozula bilər", - nazir bildirib. O deyib ki, Azərbaycanda aparılan uğurlu siyasət sabitliyin qorunmasına zəmanət yaradır.

Xəbər lenti

Xəbər lenti