...

Bakıda yol polisi şəxsi avtomobili ilə reydlər apara bilərmi?

Cəmiyyət Materials 19 Avqust 2011 14:10 (UTC +04:00)
Bakıda yol patrul xidməti əməkdaşlarının şəxsi avtomobillərində xidmət etməsi vətəndaşların narazılığına səbəb olub.
Bakıda yol polisi şəxsi avtomobili ilə reydlər apara bilərmi?

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yol patrul xidməti əməkdaşlarının şəxsi avtomobillərində xidmət etməsi vətəndaşların narazılığına səbəb olub.

Vətəndaşlar paytaxtın bəzi küçələrində yol patrul xidməti əməkdaşlarının şəxsi avtomobillərini saxlayıb reydlər keçirməsi barədə redaksiyamıza müraciət ediblər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, "Yol hərəkəti haqqında" qanuna əsasən, yol patrul xidməti əməkdaşının şəxsi nəqliyyat vasitəsi ilə xidmət aparması qadağandır.

"Qanun yol patrul xidməti əməkdaşına öz şəxsi nəqliyyat vasitəsi ilə hərəkət edərkən xidmət aparılmasını qadağan edir. Bu halda yol hərəkəti iştirakçısı yol polisinin tələbinə tabe olmamalıdır", - bölmə rəisi vurğulayıb.

Əsədovun sözlərinə görə, yol patrul xidməti əməkdaşı xidməti vəzifəsini piyada vəziyyətdə aparırsa, bu zaman onun hansı nəqliyyat vasitəsinin yanında dayanması və ya iş yerinə şəxsi minik avtomobilində gəlməsi qanunun tələbinin pozuntusu kimi qiymətləndirilə bilməz.

"Yol patrul xidməti əməkdaşlarının bütün hərəkətləri pytaxt küçələrindəki texniki vasitələrlə nəzarətdədir. Bu səbəbdən də yol polisi əməkdaşının şəxsi nəqliyyat vasitəsində xidmət göstərməsi hallarının olması qeyri-mümkündür", - o deyib.

Xəbər lenti

Xəbər lenti