...

Azərbaycanın millət vəkili "Turizm haqqında" qanunla bağlı təkliflərini açıqladı

Cəmiyyət Materials 25 Avqust 2011 14:14 (UTC +04:00)
Azərbaycanda yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində ölkə tarixinin təbliğatı xüsusi yer almalıdır. Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib.
Azərbaycanın millət vəkili "Turizm haqqında" qanunla bağlı təkliflərini açıqladı

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində ölkə tarixinin təbliğatı xüsusi yer almalıdır. Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, ərazisində müharibə şəraiti davam edən Azərbaycanda ölkənin qədimliyini, zənginliyini ifadə edə biləcək turizm məkanlarının daha çox olması əhəmiyyətli məsələdir.

"Tarixin əcnəbilərə tanıdılması da turizmin əhəmiyyətli hissəsinə çevrilməlidir", - Əliyeva deyib.

Millət vəkili əvvəllər turizmin Azərbaycanda inkişaf etməyən bir sahə olduğunu qeyd edərək son illər ölkə rəhbərliyi tərəfindən bu məsələyə xüsusi diqqət ayrıldığını bildirib. "Bu səbəbdən turizmlə bağlı ayrıca qanun layihəsinə ehtiyac var. Çünki görülən işlər xaotik şəkildə həyata keçirilməməlidir və müvafiq qanunla tənzimlənməlidir", - o deyib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı "Turizm haqqında" qanun layihəsi Nazirlər Kabinetində baxılaraq razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib. Qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti