Azərbaycan, Bakı, 25 avqust /Trend/
Futbol üzrə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq Belçika yığmasının heyəti açıqlanıb.
Trend-in AFFA-ya istinadən yaydığı məlumata görə, rəqibimzin heyətində qapıçılar - Tibaut Kurtua, Jan-Fransua Jile, Simon Minyolet, müdafiəçilər - Tobi Alderveyreld, Vinsent Kompani, Nikolas Lomberts, Denis Odua, Daniel Van Buyten, Yelle Van Damm, Tomas Vermalen, Yan Vertongen, yarımmüdafiəçilər - Mussa Dembele, Maruan Fellaini, David Hubert, Vadis Odjidja, Timmi Simons, Yelle Vossen, Aksel Vitsel, hücumçular - Dreys Mertens, İqor De Kamarqo, Romelu Lukaku, Marvin Oqunjimi, Byorn Vleminks, Eden Azar yer alıblar.