...

Azərbaycan millisinin rəqibi Belçika yığması bir neçə itki ilə üzləşib

Cəmiyyət Materials 30 Avqust 2011 13:56 (UTC +04:00)
AÇ 2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Bakıda futbol üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Belçika yığması bir neçə itki ilə üzləşib.
Azərbaycan millisinin rəqibi Belçika yığması bir neçə itki ilə üzləşib

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Avropa Çempionatı 2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Bakıda futbol üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Belçika yığması bir neçə itki ilə üzləşib. Belə ki, rəqibimiz Daniel van Buyten, İqor de Kamarqo və Tomas Vermalenin xidmətindən yararlana bilməyəcək.

Münhen "Bayern"inin müdafiəçisi van Buyten Almaniya çempionatında "Kayzerlautern"lə matçda zədə alıb. London "Arsenal"ının müdafiəçisi Vermalen Çempionlar Liqasında "Udinese" ilə matçda sıradan çıxıb. Almaniyada Münhenqladbax "Borussiya"sının formasını geyən de Kamarqo isə son turda zədə alıb. Böyük ehtimalla bu futbolçuların Bakıdakı görüşdə iştirakı baş tutmayacaq. "Brügge"nin hücumçusu Byorn Fleminksin Bakıda meydana çıxacağı isə hələ sual altındadır.

Xəbər lenti

Xəbər lenti