...

Şəmsəddin Hacıyev: Doktranturada oxuyanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir

Cəmiyyət Materials 3 Sentyabr 2011 10:58 (UTC +04:00)
Milli Məclisin Elm və təhsil komitəsi doktoranturada oxuyanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinin tərəfdarıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə komitənin sədri Şəmsəddin Hacıyev deyib.
Şəmsəddin Hacıyev: Doktranturada oxuyanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.İsabalayeva/

Milli Məclisin Elm və təhsil komitəsi doktoranturada oxuyanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinin tərəfdarıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə komitənin sədri Şəmsəddin Hacıyev deyib.

Onun sözlərinə görə, bu məsələ "Elm haqqında" qanun layihəsində yer alıb.

"Möhlət hüququ verilməli olan doktorantların sayı 500-dən çox deyil. Burada söhbət hərbi xidmətdən azad olunmaqdan getmir. Hər bir Azərbaycan vətəndaşı vətən qarşısında öz borcunu ödəməli, hərbi xidmət keçməlidir", - millət vəkili deyib.

Komitə sədrinin sözlərinə görə, prosesin tətbiqinə qanunun qəbulundan sonra başlanılacaq.

O, "Elm haqqında" qanun layihəsinin Parlamentin payız sessiyasında qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan Dillər Universitetində pilot layihə kimi dövlət imtahanlarının ləğv olunması və bunun digər ali məktəblərdə tətbiqi məsələsinə toxunan Hacıyev deyib ki,yekun dövlət attestasiyası mütləq saxlanılmalıdır.

"Təsdiq olunmuş təhsil standartları var. Qəbul edilmiş qaydaya əməl etməliyik. Yekun dövlət attestasiyası mütləq saxlanılmalıdır", - o bildirib.

Xəbər lenti

Xəbər lenti