...

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə vakant qalan daha 378 yer üzrə müsabiqə elan edib

Cəmiyyət Materials 6 Sentyabr 2011 14:36 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bu gün respublikanın orta məktəblərə müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə nəticəsində vakant qalan daha 378 yeri açıqlayıb.
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə vakant qalan daha 378 yer üzrə müsabiqə elan edib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu gün orta məktəblərdə müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə nəticəsində vakant qalan daha 378 yeri açıqlayıb.

Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, vakant yerlərin 160-ı çoğrafiya, 104-ü informatika, 91-i riyaziyyat, 23-ü fiziki tərbiyə fənləri üzrədir.

Vakant yerlərə bu fənlər üzrə yalnız müəllimlərin işə qəbulu üçün keçirilən imtahanda iştirak edərək keçid balını toplayıb, amma işə qəbul oluna bilməyən namizədlər sənəd verə bilərlər.

Ərizələr sentyabrın 13-dək qəbul ediləcək. Ərizələr qəbul edildikdən sonra vakant yerə sənəd vermiş ən yüksək bal toplayan namizəd həmin yerə yerləşdiriləcək.

2011-2012-ci tədris ili üçün Azərbaycanın orta məktəblərində müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsinə iyulun 26-dan başlanılıb.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli keçirilir. Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir. Daha sonra namizədlər test imtahanı verirlər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.

2011-2012-ci tədris ili üçün respublikanın orta məktəblərindəki 2177 vakant yerə 9342 nəfər sənəd verib. Vakant yerlərin 374-ü Bakının, 1803-ü isə digər rayon və şəhərlərin payına düşür.

Xəbər lenti

Xəbər lenti