...

Sentyabrın 15-də Moskvada Müslüm Maqomayevin heykəlinin açılışı olacaq

Cəmiyyət Materials 9 Sentyabr 2011 15:56 (UTC +04:00)
Sentyabrın 15-də Moskvanın mərkəzində Yeliseyev və Voznesenski küçələrinin kəsişməsində SSRİ xalq artisti, müğənni Müslüm Maqomayevin heykəlinin açılış mərasimi olacaq.
Sentyabrın 15-də Moskvada Müslüm Maqomayevin heykəlinin açılışı olacaq

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Sentyabrın 15-də Moskvanın mərkəzində Yeliseyev və Voznesenski küçələrinin kəsişməsində SSRİ xalq artisti, müğənni Müslüm Maqomayevin heykəlinin açılış mərasimi olacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü paytaxtın Mədəniyyət departamentinin mətbuat xidmətindən bildirilib.

Heykəlin müəllifləri Rusiyanın xalq rəssamı, heykəltəraş Aleksandr Rukavişnikov və Rusiyanın əməkdar memarı İqor Voskresenskidir.

Departamentin məlumatına görə, təntənəli açılışda paytaxtın hökumət orqanlarının, Moskva şəhər dumasının nümayəndələri, paytaxtın ziyalıları və sakinləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti