...

Ankarada "Azərbaycan Gecəsi" keçirilib

Cəmiyyət Materials 12 Sentyabr 2011 03:43 (UTC +04:00)
Ankarada "Azərbaycan Gecəsi" keçirilib
Ankarada "Azərbaycan Gecəsi" keçirilib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Ankara şəhərinin Etimesqut Rayon Bələdiyyəsinin və Azərbaycan Səfirliyinin təşəbbüsü ilə "8-ci Beynəlxalq Anadolu Günləri" festivalı çərçivəsində "Azərbaycan Gecəsi" təşkil olunmuşdur. Tədbirdə, diaspor nümayəndələri, azərbaycanlı tələbələr, Səfirliyin əməkdaşları və çox sayda Ankara şəhərinin sakinləri iştirak etmişlər. Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov bildirib.

Tədbirdə çıxış edən Səfir Faiq Bağırov, bu cür tədbirlərin əhəmiyyətindən, xalqlarımızın dərin tarixi köklərə söykənən yaxınlığından və ölkəmizin belə tədbirlərə verdiyi əhəmiyyətdən söz açmışdır.

"Azərbaycan Gecəsi"ndə Səfirliyin təşəbbüsü ilə ölkəmizdən Ankaraya gətirilmiş musiqi və rəqs qrupu Azərbaycan musiqiləri və rəqsləri ilə tədbir iştirakçılarına xoş anlar yaşatmışdır.

Sözügedən festivalın keçirildiyi yerdə Səfirlik "Azərbaycan Guşəsi" açmışdır. Ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi gücü ilə bağlı təbliğat xarakterli əyani materiallar "Azərbaycan Guşəsi"ndə nümayiş etdirilməklə yanaşı, çoxsaylı tədbir iştirakçılarına paylanılmışdır.

Xəbər lenti

Xəbər lenti