...

Azərbaycan kikboksçuları Avropa çempionatından 20 medalla qayıdıblar (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2011 17:00 (UTC +04:00)
Azərbaycan kikboksçuları Avropa çempionatından 20 medalla Vətənə qayıdıblar.
Azərbaycan kikboksçuları Avropa çempionatından 20 medalla qayıdıblar (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Azərbaycan kikboksçuları Avropa çempionatından 20 medalla Vətənə qayıdıblar. Bu barədə bazar ertəsi Trend-ə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 11-də səhər saat 04:30-da İtaliyanın Liqnano-Sabbadoro şəhərində "Gənclər və yeniyetmələr arasında kikboksinqin WAKO versiyası üzrə keçirilən Avropa çempionatında çıxış edən "Qızıl Əlcək" İdman Klubunun qalibləri Vətənə dönüblər. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komandanın rəsmi qarşılanma mərasimi keçirilib. Qarşılanma mərasimində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin kollektivi, KİV nümayəndələri və qalblərin ailə üzvləri iştirak ediblər.

Sentyabrın 2-dən 9-dək İtaliyada keçirilən Avropa çempionatında müxtəlif versiyalar üzrə 40 ölkənin 800-dən artıq idmançısı iştirak edib. Azərbaycan yığma komandası çempionatda 23 idmançı ilə təmsil olunub ki, onlardan 7 nəfəri "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın sponsorluq etdiyi "Qızıl Əlcək" klubunun idmançılarıdır.

Gərgin idman mübarizəsi şəraitində keçən çempionat Azərbaycan yığma komandası üçün uğurlu olub. Komanda çempionatı 4 qızıl, 6 gümüş, 10 bürünc medalla başa vurub. 3 qızıl, 2 gümüş və 2 bürünc medal "Qızıl Əlcək" klubunun hesabına yazılıb. Ümumi komanda hesabında 20 medalla Azərbaycan yığma komandası çempionatın ikincisi olub.

"Qızıl Əlcək" İdman Klubunu çemtionata klubun baş məşqçisi, boks üzrə Azərbaycanın əməkdar məşqçisi və kikboksinq üzrə dünya çempionu Rəhim Allahverdiyev hazırlayıb.

"Qızıl Əlcək" idmançılarının cempionatda qazandığı nəticələr: - gənclər arasında Ramazanov Zaur (71 kq) 1-ci yer ("Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin əməkdaşı), Orucov Kamran (54 kq) 1-ci yer ("Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin əməkdaşı), Həsənov Kamil (69 kq) 1-ci yer, Rəhimov Nicat (57 kq) 2-ci yer ("Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin əməkdaşı), Əmirbəyov Rauf (51 kq) 2-ci yer, Nəsirov Məhəmməd (67 kq) 3-cü yer ("Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin əməkdaşı) və yeniyetmələr arasında Əliyev İsmayıl (51 kq) 3-cü yer.

"Qızıl Əlcək" İdman Klubu 1998-ci ildə yaradılıb. Klub idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə (boks, güləş, karate, kikboksinq, uşu, taekvondo, cudo) fəaliyyət göstərir. 2008-ci ildən isə respublikamızda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən beynəlxalq turnirlərin təşkilatçısıdır. Hazırda klubda 350-dən artıq gənc müxtəlif idman növlərinin sirlərini öyrənir. İdmançılar yığma komandanın tərkibində ölkəmizi təmsil edərək Avropa və dünya çempionatlarında böyük uğurlar qazanıb. Klub üzvlərindən 1 nəfər boks üzrə, 5 nəfər kikboksinq üzrə dünya çempionu, 7 nəfər Avropa çempionu, 8 nəfər Asiya çempionu, 15 nəfər Avroasiya çempionu titulunu qazanıb. Eyni zamanda 10 idmançı boks, 40 idmançı isə kikboksinq üzrə beynalxalq turnirlərin qalibi olub.

2010-cu ildə klubun üzvü Şaban Şahpələngov Bakıda keçirilən boks üzrə gənclər arasında dünya çempionatında qızıl medala layıq görülməklə bərabər Beynəlxalq Boks Assosiasiyasının (AİBA) "2010-cu ilin ən gənc və ən yaxşı boksçusu" adına layiq görülüb.

Fəaliyyətdə olduğu illər ərzində İdman Klubunda 4 beynəlxalq dərəcəli idman ustası, 10 idman ustası, boks üzrə Azərbaycanın əməkdar məşqçısi yetişib.

Xəbər lenti

Xəbər lenti