...

Marqaret Çan: Azərbaycan səhiyyəsi son 5 ildə çox böyük irəliləyişlər əldə edib

Cəmiyyət Materials 13 Sentyabr 2011 10:26 (UTC +04:00)
Azərbaycan səhiyyəsi son 5 ildə çox böyük irəliləyişlər əldə edib və səhiyyə sahəsində böyük investisiya layihələri həyata keçirir.
Marqaret Çan: Azərbaycan səhiyyəsi son 5 ildə çox böyük irəliləyişlər əldə edib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan səhiyyəsi son 5 ildə çox böyük irəliləyişlər əldə edib və səhiyyə sahəsində böyük investisiya layihələri həyata keçirir. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çan çərşənbə axşamı Bakıda keçirilən ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasında çıxışı zamanı səsləndirib.

Azərbaycana səhiyyə ilə bağlı bəzi tövsiyələrini verən baş direktor deyib ki, yeni xəstəxana binalarının tikilməsinə, qeyri-infeksion xəstəliklərin müalicəsinə daha çox önəm vermək lazımdır.

"Siz bütün insanların sağlamlığının təmini barədə öhdəlik götürmüsünüz. Çalışırsınız ki, bütün region inkişaf etsin. Siz iqtisadi çətinliklər, cəmiyyətin qocalması kimi problemləri həll etmək istəyirsiniz. Siz istəyirsiniz ki, Azərbaycan səhiyyəsi insanların müalicəsi üçün daha açıq olsun", - Çan bildirib.

O əlavə edib ki, yaxın 20 il ərzində dünyada qeyri-infeksion xəstəliklərin müalicəsinə 30 trilyon dollar sərf olunması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti