...

"Kainat gözəli" titulu anqolalı gözələ nəsib olub

Cəmiyyət Materials 13 Sentyabr 2011 12:35 (UTC +04:00)
Braziliyanın San-Paulu şəhərində keçirilən müsabiqədə "Kainat gözəli-2011" titulunun sahibi Anqoladan olan qaradərili gözəl Leyka Lopes olub.
"Kainat gözəli" titulu anqolalı gözələ nəsib olub

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Braziliyanın San-Paulu şəhərində keçirilən müsabiqədə "Kainat gözəli-2011" titulunun sahibi Anqoladan olan qaradərili gözəl Leyka Lopes olub.

Filippin, Çin, Braziliya və Anqola təmsilçilərindən ibarət beş finalçının sırasına 23 yaşlı ukraynalı Olesya Stefanko da daxil olub və ikinci yeri tutub. Münsiflər heyətinin "Belə imkan verilsəydi, hansı tarixi şəxsiyyətlə yerini dəyişmək istəyərdin?" sualına cavab verən qız Kleopatranı seçib. Stefankonun sözlərinə görə, "o, hörmətə layiq olan çox güclü və ağıllı qadındır". Trend-in məlumatına görə, bu barədə "Rusiya 24" telekanalı xəbər verir.

Müsabiqədə ümumilikdə dünyanın 89 ölkəsindən olan qızlar iştirak ediblər.

" Kainat gözəli" titulunun yeni sahibi tacla birgə bütün il ərzində xeyriyyə aksiyalarında və reklam kampaniyalarında iştirak etmək barədə öz üzərinə öhdəlik götürür.

Bu nüfuzlu müsabiqə 1952-ci ildən keçirilir. Orada 7-dən çox qələbəni ABŞ-dan olan qızlar qazanıblar. Onların ardınca Venesueladan olan gözəllər gəlir. Onlar altı dəfə taca sahib olublar. Rusiyadan yeganə " Kainat gözəli" 2002 -ci ildə Oksana Fyodorova olub. Lakin sonradan o, titulun nəzərdə tutulan şərtlərini yerinə yetirmək qeyri-mümkün olduğuna görə tacdan imtina edib.

Xəbər lenti

Xəbər lenti