...

Müstəqilliyimizin 20-ci ildönümü ilə bağlı videoçarx müsabiqəsi elan edilib

Cəmiyyət Materials 15 Sentyabr 2011 17:09 (UTC +04:00)
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə həvəskar gənclər arasında videoçarx müsabiqəsi elan edir.
Müstəqilliyimizin 20-ci ildönümü ilə bağlı videoçarx müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə həvəskar gənclər arasında videoçarx müsabiqəsi elan edir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, müsabiqənin əsas məqsədi gənclərin dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində fikirlərini ictimaiyyətə çatdırmaq, onların yeni təşəbbüslərinin formalaşmasına və müstəqilliyimizin qorunmasında gənclərin ən aparıcı qüvvə olmasına kömək etməkdir.

Müsabiqədə Azərbaycanın hər bir regionundan təmsil olunan və yaşı 16-dan 25-dək olan gənclər iştirak edə bilər.

İştirak etmək niyyətində olan hər bir gənc müsabiqəyə özünün arzu etdiyi formatda və ssenaridə videoçarxlar təqdim edəcək. Cari ilin oktyabr ayının 6-dək davam edəcək müsabiqənin nəticələrini ekspertlər komissiyası qısa müddətdə qiymətləndirdikdən sonra ictimaiyyətə açıqlanacaq.

Qalib videoçarxlar Mərkəz tərəfindən mükafatlandırılacaq.

Xəbər lenti

Xəbər lenti