...

Azərbaycanın milli musiqi sahəsində böyük məktəbi var - bəstəkar Eldar Mənsurov

Cəmiyyət Materials 18 Sentyabr 2011 00:01 (UTC +04:00)
Azərbaycan həmişə öz bəstəkarları, xalq, klassik və estrada musiqisi ilə məşhur olub. Ölkənin Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi bəstəkarlarını yetişdirdiyi böyük məktəbi var. Bu barədə Trend-ə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov deyib
Azərbaycanın milli musiqi sahəsində böyük məktəbi var - bəstəkar Eldar Mənsurov

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir V.İmanov/

Azərbaycan həmişə öz bəstəkarları, xalq, klassik və estrada musiqisi ilə məşhur olub. Ölkənin Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi bəstəkarlarını yetişdirdiyi böyük məktəbi var. Bu barədə Trend-ə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov deyib.

Sentyabrın 18-də ənənəvi olaraq Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Bu tarix 1885-ci il sentyabrın 18-də Şuşada anadan olan ölkənin peşəkar musiqi sənətinin banisi, görkəmli musiqiçi və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olma gününə uyğunlaşdırılıb.
Mansurovun sözlərinə görə, Üzeyir Hacıbəyli böyük şəxsiyyət idi və o, Azərbaycan mədəniyyəti üçün çox şey edib.

"Üzeyir Hacıbəyli azərbaycan musiqisinin, onun əsas istiqaməti - muğamın öyrənilməsi əsaslarına nəhəng töhfə verib. Həm də o, çox mehriban adam olub və çox sayda mədəniyyət və incəsənət xadimi üçün həyata yol açıb. Maestronun tələbələri arasında Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova olub", bəstəkar deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə istedadlı şəxsiyyətləri ilə şöhrət tapıb, lakin buna baxmayaraq peşəkar təhsil vacibdir.

"Üzeyir bəy, şübhəsiz, çox istedadlı adam olub və musiqi mühitində boya-başa çatıb. Onun əhatəsində o dövrün məşhur müsiqiçiləri və muğam ifaçıları olub. Gənc yaşda o muğam dərsləri alıb və azərbaycan xalq çalğı alətlərində ifa etməyi öyrənib. Sonra təhsilini Moskvada davam etdirib, onun təhsil xərcini isə dostu, məşhur bəstəkar Müslüm Maqomayev (əfsanəvi müğənni Müslüm Maqomayevin babası) ödəyib."

Xəbər lenti

Xəbər lenti