• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Bakıda məktəblərin bufetlərində uşaqların daha sağlam qidalanması ilə bağlı yeni təklif irəli sürülüb

19 Sentyabr 2011 12:45 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri Təhsil İdarəsi (BŞTİ) məktəb bufetlərində uşaqların qidalanmasının daha yaxşı təşkil olunması ilə bağlı yeni təklif irəli sürür. İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bazar ertəsi Trend-ə bildirib ki, məktəblərin bufetlərinin ərzaqla təmini bu idarənin səlahiyyətinə daxil deyil və onlar bu prosesə müdaxilə etmirlər. Eyni zamanda, bufetlərdə satılan ərzaqların keyfiyyətini də bu idarə müəyyənləşdirmir.

Bununla belə, məktəb bufetlərində şagirdlərin sağlamlığı üçün daha xeyirli olan qidaların satışının təşkili ilə bağlı təklif reallaşa bilər. Əliqızının fikrincə, məktəblərdə uşaqlara isti yemək, çay, süd, ağartı vermək olar. Amma bu məsələnin dövlət tərəfindən maliyyələşdirilməsi mümkün olmadığı üçün valideyn-müəllim assosiasiyaları (VMA) olan məktəblərdə bu yenilik həyata keçirilə, uşaqlara daha sağlam qidalar verilə bilər.

Əliqızının sözlərinə görə, bunun üçün ilk növbədə valideynlər bu işin şəffaflığına əmin olmalı və buna öz razılıqlarını bildirməlidirlər. Bu halda işin təşkili üçün VMA-ların hesablarında toplanan vəsaitlərdən istifadə etmək olar.

"İbtidai sinif şagirdləri dərsdən sonra məktəbdə qalaraq müəllimləri ilə dərs tapşırıqlarını yerinə yetirirlər. Təbii ki, uşaqlar məktəbə gələndə səhər yeməyini ya ümumiyyətlə, ya da normal yemirlər. Məktəblərdə isə onlara isti yeməklər verilmir, uşaqlar "fast-food"la qidalanırlar. Bütün bunlar uşaqların sağlam qida qəbul etməməsinə gətirib çıxarır. Bu da sonda onların sağlamlığına mənfi təsir göstərir", - sektor müdiri qeyd edib.

İdarə rəsmisi artıq MDB, o cümlədən Avropa ölkələrinin bir çox məktəblərində uşaqların qidalanmasının çox ciddi problemə çevrildiyini bildirib.

"Artıq dünyanın nəhəng ölkələrində məktəbyaşlı uşaqların kütləvi piylənməsi prosesi baş verir. Bunların da özəyində uşaqların düzgün qidalanmaması, "fast-food"dan, qazlı içkilərdən çox istifadə etmə dayanır. Bu günlərdə Türkiyənin məktəblərindəartıq qazlı içkilərdən istifadə qadağan edilib", - Əliqizi deyib.

O hesab edir ki, bu məsələ Azərbaycanın daxilində də sosial tələb kimi gündəmə gəlməli, valideynlər özləri bu məsələdən narahat olduqlarını bildirməli və məktəblərdə uşaqlarının qidalanmasının yaxşı təşkili məsələsini qaldırmalıdırlar. Amma hələ ki, Azərbaycanda bu tələb hiss edilmir.

Əliqızının sözlərinə görə, real tələb hiss etmədiklərindən, hələlik bu təşəbbüslə bağlı heç bir məktəbə təklif və ya tövsiyə də verməyiblər.

Valideynlər övladlarının məktəblərdə qidalanmasının yaxşı təşkil olunması məsələsini qaldırsalar, BŞTİ bu istiqamətdə müəyyən iş görməyə hazırdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Murad Hüseynov: "Heksameron" əsərinin Bakıda ifası böyük musiqi bayramıdır (VİDEO)
Cəmiyyət 18:03
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
Cəmiyyət 17:51
ETSN: Meşə fonduna məxsus torpaqların sahibkarlara icarəyə verilməsi nəzərdə tutulur
Cəmiyyət 17:06
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək (FOTO)
Cəmiyyət 17:02
Meşə idarəetmə sistemi müasirləşdiriləcək
Cəmiyyət 15:46
Həcc ziyarətinə getməyin builki qiyməti məlum oldu - Sənəd qəbulu başladı
Cəmiyyət 14:33
Xəbər lenti
Astara sakinindən 6 kq-a yaxın marixuana götürülüb
Hadisə 18:28
Ruslan Auşev: İlham Əliyev nüfuzlu, öz xalqını sevən rəhbərdir (ÖZƏL)
Siyasət 18:21
Rusiyada bazar təxliyə olundu - Bomba xəbərdarlığı
Dünya xəbərləri 18:13
Murad Hüseynov: "Heksameron" əsərinin Bakıda ifası böyük musiqi bayramıdır (VİDEO)
Cəmiyyət 18:03
Mingəçevirin innovativ layihələri müəyyənləşib (FOTO)
Telekommunikasiya 18:01
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
Cəmiyyət 17:51
Xarkov universitetində Xocalı soyqırımı ilə bağlı seminar keçirilib (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 17:43
Meşələrdə çəpərlənmə işlərinə başlanılıb
Gündəm 17:32
Avstraliyanın Viktoriya ştatının parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupu yaradılması planlaşdırılır (FOTO)
Siyasət 17:29
Ən çox oxunanlar
MTRŞ sədri: Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər (ÖZƏL)
MTRŞ sədri: Azərbaycanda yeni ixtisaslaşmış xəbər kanalı açıla bilər (ÖZƏL)
Sumqayıtda marşrut avtobusu qəzaya uğradı - 31 sərnişin xəstəxanada
Baş mühəndis: Gələcəkdə Bakı metrosunda qatarlar radiodalğalarla idarə olunacaq (MÜSAHİBƏ)
Daşkəsəndə dayı bacısı qızını qaçıranın başını kəsdi
Nəzər nöqtəsi
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə

Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə

Prezident İlham Əliyevin fərmanı Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələrinin yüksək qayğı ilə əhatə olunduğunu təsdiq edir
Politoloq: Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
Ekspert: Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri