...

Aİ və "Şərq tərəfdaşlığı" ölkələrinin elm və təhsil nazirləri Polşada görüşəcəklər

Cəmiyyət Materials 23 Sentyabr 2011 11:14 (UTC +04:00)
Avropa İttifaqı və "Şərq tərəfdaşlığı"nın bir neçə ölkəsinin elm və təhsil nazirləri, eləcə də Avropa Komissiyasının nümayəndələri sentyabrın 26-27-də Polşanın Podlyasye regionunda toplaşacaqlar.
Aİ və "Şərq tərəfdaşlığı" ölkələrinin elm və təhsil nazirləri Polşada görüşəcəklər

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Avropa İttifaqı və "Şərq tərəfdaşlığı"nın bir neçə ölkəsinin elm və təhsil nazirləri, eləcə də Avropa Komissiyasının nümayəndələri sentyabrın 26-27-də Polşanın Podlyasye regionunda toplaşacaqlar. Onlar Aİ-yə daxil olmayan dövlətlərlə "Erazmus mundus" proqramı çərçivəsində elm və tələbə mübadiləsi proqramını müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə günü Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti İnformasiya Mərkəzindən xəbər verilib.

Azərbaycan, Fransa, Almaniya, İsveç, Danimarka, Çexiya, Litva, Latviya, Estoniya, Ukrayna, Ermənistan, Moldova və Gürcüstanın elm və təhsil nazirlərinin iştirakı ilə keçiriləcək iclas "Şərq tərəfdaşlığı" sammiti tədbirlərinin bir hissəsidir. İclas sentyabrın sonlarında Varşavada Polşanın Aİ-də sədrliyinin himayəsi ilə keçiriləcək. Məlumatı İTAR-TASS yayıb.

"Erazmus mundus" proqramının ümumi məqsədi Avropa ali təhsilinin irəliləməsi, tələbələrin karyera perspektivlərinin yaxşılaşdırılması və ali təhsil sahəsinin davamlı inkişafına yönəlmiş Aİ-nin xarici siyasətinin məqsədlərinə uyğun üçüncü ölkələrlə əməkdaşlıq vasitəsilə mədəniyyətlərarası qarşılıqlı əlaqələrə kömək etməkdir.

Xəbər lenti

Xəbər lenti