...

Rüşeym gövdə hüceyrələrinin ilk sınağına başlanılır

Cəmiyyət Materials 23 Sentyabr 2011 19:11 (UTC +04:00)
Rüşeym gövdə hüceyrələrindən korluğa gətirib çıxaran sağalmaz göz xəstəliyindən əziyyət çəkən 12 könüllüyə kömək üçün istifadə olunur.
Rüşeym gövdə hüceyrələrinin ilk sınağına başlanılır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Rüşeym gövdə hüceyrələrindən korluğa gətirib çıxaran sağalmaz göz xəstəliyindən əziyyət çəkən 12 könüllüyə kömək üçün istifadə olunur. Bu, rəsmi dəstək almış bu qəbildən olan ilk sınaqdır. Trend-in məlumatına görə, bu barədə "The Telegraph" qəzeti yazır.

Hər bir könüllünün gözünün torlu qişasına iki yüz minə yaxın hüceyrə yerləşdiriləcək. Əməliyyat yaxın vaxtlarda Murfilddəki (ABŞ) göz hospitalında aparılacaq. Alimlər bununla Ştarqardt xəstəliyi kimi məşhur olan (həmin xəstəlik zamanı torlu mərkəz zədələnir) makulyar deqenerasiyanın inkişafını dayandırmağa ümid edirlər. Təcrübədə məqsəd gövdə hüceyrələrindən alınan torlu qişanın piqment hüceyrələrindən istifadənin təhlükəsizliyin sübut etməkdir.

Təcrübəyə rəhbərlik professor Ceyms Beinbricə tapşırılıb. O izah edir ki, genetik fəsadların yaratdığı xəstəlik hər iki torlu təbəqəni zədələyir. Nəticədə fotoreseptor hüceyrələri əziyyət çəkir ki, bu da öz növbəsində piqmenet hüceyrələrin deqenerasiyası təhlükəsini yaradır.

Hüceyrə texnologiyasının bu metodu əvvəlcə ABŞ-ın "Cell Technology Advanced" şirkəti tərəfindən tətbiq edilib. İyulda şirkət Cilz Steynin Göz İnstitutu və Kaliforniya Universiteti ilə birgə oxşar araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti