...

Bakıda beynəlxalq təhsil sərgisi keçirilir

Cəmiyyət Materials 24 Sentyabr 2011 13:27 (UTC +04:00)
Trend-in məlumatına görə, sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveçrə, Şimali Kipr, Türkiyə və bir sıra digər ölkələrin universitetləri iştrak edir.
Bakıda beynəlxalq təhsil sərgisi keçirilir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda beynəlxalq təhsil sərgisi keçirilir.

Trend-in məlumatına görə, sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveçrə, Şimali Kipr, Türkiyə və bir sıra digər ölkələrin universitetləri iştrak edir.

Sərgidə tələbələrə xaricdə setifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqqında ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri sərgiyə gələn hər kəsə təmsil etdikləri qurumlarda təhsil almaq şərtləri, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və ölkələrinin təhsil sistemləri barədə ətraflı məlumat verəcəklər.

Ümumilikdə sərgidə 60-a yaxın xarici ali təhsil ocağı iştrak edir.

Şənbə günü işinə başlayan sərgi sentyabrın 25-də yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti