...

Avtomobildən külli miqdarda pul oğurlayan şəxslər tutulub

Cəmiyyət Materials 24 Sentyabr 2011 14:32 (UTC +04:00)
Avtomaşından külli miqdarda pul oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri Elnur Xəlilov və Yaqub Vəliyev tutulublar.
Avtomobildən külli miqdarda pul oğurlayan şəxslər tutulub

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Avtomaşından külli miqdarda pul oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri Elnur Xəlilov və Yaqub Vəliyev tutulublar.

Trend-in şənbə günü DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Oruc Qurbanova məxsus "Toyota Prado" markalı avtomaşından 60.000 dollar və 13.400 manat pul oğurlamış Ağdam rayon sakinləri, əvvəllər məhkum olunmuş Elnur Xəlilov və Yaqub Vəliyev tutulublar.

Xəbər lenti

Xəbər lenti