...

İkinci tip diabetin arxasında duran əsas gen tapılıb

Cəmiyyət Materials 26 Sentyabr 2011 20:13 (UTC +04:00)
Avstraliyalı alimlər 2-ci tip diabet üzərində qələbənin açarı ola biləcək geni aşkar ediblər.
İkinci tip diabetin arxasında duran əsas gen tapılıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Avstraliyalı alimlər 2-ci tip diabet üzərində qələbənin açarı ola biləcək geni aşkar ediblər. Bu barədə Trend International Business Times-a istinadən xəbər verir. Gen "Id1" adını daşıyır. O, insanın yüksəktərkibli yağla qidalandığı zaman insulin istehsal edən mədəaltı vəzidəki beta-hüceyrələri "açır" və "bağlayır".

"Bu hüceyrələrin normal işləməsinə bir çox genlər cavab verir. Lakin "Id1" geni onları tənzimləyir. Ona görə də təsir üçün əla hədəfdir", - Sidneydəki Qarven Tibb Araşdırmaları İnstitutundan doktor Ross Leybatt bildirir. Tədqiqatlar siçanlar üzərində aparılıb. Siçanlar çox yağlı yeməklərlə yemlənib. Nəticədə "Id1" geni "açıq" olan gəmiricilər diabet xəstəliyinə tutulub, geni bloka alınanlar isə sağlam qalıb.

"Id1" geninin xərçəng proseslərində də rol oynadığı məlumdur və mütəxəssislər artıq ona təsir edən dərmana malikdirlər. Diabet və Piylənmə İnstitutundan olan alimlər dərmanın geni tamamilə "bağlamağa" qadir olub-olmadığını yoxlamaq istəyirlər. Əgər bu baş tutarsa, onda 2-ci tip diabeti müalicə etmək və onun inkişafının qarşısını almaq mümkün olacaq. Leybattın sözlərinə görə, belə dərman satışa 5-10 ildən sonra daxil olacaq.

2-ci tip diabet ahıl yaşlı şəxslərdə meydana çıxır. Çünki onların mədəaltı vəziləri şəkərin parçalanması üçün kifayət qədər insulin hazırlamağa qadir olmur. Balanslaşdırılmamış pəhriz, yüksək təzyiq, piylənmə və oturaq həyat tərzi xəstəliyin inkişafına kömək edir. 2-ci tip diabetə dərmanların qəbulu, düzgün qidalanma və müntəzəm fiziki aktivlik sayəsində nəzarət etmək mümkündür. Birinci tip diabet xəstələrinə isə insulin inyeksiyası tələb olunur.

Xəbər lenti

Xəbər lenti