...

Tələbə qəbulu sisteminin inkişaf mərhələləri ilə bağlı konfrans keçirilib

Cəmiyyət Materials 30 Sentyabr 2011 13:39 (UTC +04:00)
"Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri" mövzusunda elmi-praktik konfrans keçirilib.
Tələbə qəbulu sisteminin inkişaf mərhələləri ilə bağlı konfrans keçirilib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Hacıyev/

"Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

Trend-in məlumatına görə, cümə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbayanın elm ictimaiyyətinin nümayəndləri iştirak ediblər.

TQDK sədri Məleykə Abbaszadə konfransdakı məruzəsində qeyd edib ki, Azərbaycanda tələbə qəbulu prosesinin təkmilləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Abbaszadə Azərbaycanda tələbə qəbulu prosesinin üç mərhələyə bölündüyünü deyib.

"Bu mərhələlər 1993-cü ildən 1998-ci ilə qədər olan birinci mərhələ, 1998-2005-ci illər arasındakı mərhələ və 2005-ci ildən sonrakı mərhələ. Bu mərhələlərdə TQDK böyük inkişaf yolu keçib", - Komissiya sədri qeyd edib.

Abbaszadə bildirib ki, TQDK Azərbaycanda informasiya texnologiyalarını tam şəkildə öz fəaliyyətində tətbiq edən dövlət qurumudur.

O, bildirib ki, TQDK-nın fəaliyyətində istifadə olunan bütün proqram təminatı Komissiyanın öz mütəxəssisləri tərəfindən hazırlanıb.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov məruzəsində test banklarının yaradılması prosesindən söz açıb.

Daha sonra TQDK-nın böyük məsləhətçisi Aydın Qasımov, aparıcı məsləhətçi Fuad Əhmədov, böyük məsləhətçi Sevda Abdullayeva və digər şəxslər çıxış edərək TQDK-nın müstəqillik illərindəki fəaliyyəti barədə məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti