Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir X.Murtuzayeva/
ABŞ Müdafiə Nazirliyi hərbi hissələrdə maliyyə xərclərinin azaldılmasına dair plan hazırlayıb. Belə qərar ölkə büdcəsinin kəsirinin azaldıması məqsədilə qəbul edilib. Bu barədə "Associated Press" ABŞ Silahlı Qüvvələrinin Quru qoşunları qərargahının rəisi, general Reymond Odiernoya istinadən xəbər verir.
Trend-in məlumatına görə, hərbi idarənin nümayəndəsi qeyd edib ki, belə olan halda ABŞ ordusu adi silahlardan istifadə etməklə iki şərti münaqişədə eyni vaxtda iştirak etmək imkanından tam məhrum olur.
Hazırlanan plan son 10 ildə 450 milyard dollarlıq hərbi xərcin azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, general qeyd edib ki, Konqres büdcə kəsirinin yerinin doldurulması üçün başqa mənbə tapmasa, onda hərbi idarənin gələcək xərclərinə azalma tərəfə yenidən baxıla bilər. Bu barədə RBK yazır.
Bir az əvvəl Pentaqon 2016-cı ilədək quru qoşunların şəxsi heyətinin 50 min nəfərədək azaldılaraq onların sayının 520 minə çatdırılması barədə niyyətini açıqlayıb.
RNL.FM-in qeyd etdiyi kimi, hərbi hissələrin maliyyə xərclərinin azaldılması ilə əlaqədar "ABŞ Prezidenti Barak Obama və məmurlar daha uzanmış hərbi münaqişələrlə alver etməklə məşğul ola bilməyəcəklər".