...

Təhsil Nazirliyinin bir məktəbi Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilib

Cəmiyyət Materials 14 Oktyabr 2011 17:46 (UTC +04:00)
Nazirlər Kabineti Təhsil Nazirliyinin Oğlanlar üçün Açıq tipli xüsusi məktəbinin Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilməsi haqqında qərar verib.
Təhsil Nazirliyinin bir məktəbi Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 oktyabr /Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti Təhsil Nazirliyinin Oğlanlar üçün Açıq tipli xüsusi məktəbinin Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilməsi haqqında qərar verib.

Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, bu qərar "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2007-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 6.4-cü bəndinə əsasən və Azərbaycan Dövlət Sərhəd Xidmətinin Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınmaqla verilib.

Qərarda göstərilir ki, Təhsil Nazirliyinin balansında olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, 5 ünvanında 4,2 ha torpaq sahəsində yerləşən Oğlanlar üçün Açıq tipli xüsusi məktəb ona məxsus əmlakla birlikdə Dövlət Sərhəd Xidmətinin balansına verilsin və Xüsusi Məktəb adlandırılsın.

Xəbər lenti

Xəbər lenti