...

Axtarışda olan Azərbaycan vətəndaşları xaricdə saxlanılıb

Cəmiyyət Materials 15 Oktyabr 2011 13:38 (UTC +04:00)
Axtarışda olan Azərbaycan vətəndaşları xaricdə saxlanılıb.
Axtarışda olan Azərbaycan vətəndaşları xaricdə saxlanılıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Axtarışda olan Azərbaycan vətəndaşları xaricdə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində Mingəçevir ŞPŞ tərəfindən Azərbaycan Respublikasının CM-nin 120-ci maddəsi ilə axtarışda olan Nəsibov Mübariz Norveç Krallığında tutulub və ekstradisiyası üçün tədbirlər görülür.

Həmçinin, İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində Şabran RPŞ tərəfindən Azərbaycan Respublikasının CM-nin 144 və 243-cü maddələri ilə axtarışda olan Amani Əhmədova Birləşmiş Ərərb Əmirliklərində tutulub və ekstradisiyası üçün tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti