Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Oktyabrın 19-da "Zərdab" QPS-də aparılan təmir bərpa işləri ilə əlaqədar saat 9:00-dan 18:00-dək kəmərdə qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən bildirilib.
Təmir işləri zamanı Zərdab şəhəri və Qaravəlli kəndində qaz təchizatında məhdudiyyətlər olacaq.
Elə həmin gün saat 10:00-dan 17:00-dək "Xaçmaz" QPS-dən qidalanan qaz kəmərində də təmir bərpa işləri aparılacaq. Təmir zamanı Xaçmaz şəhəri və kənd yaşayış məntəqələrində (Xudat və Yalama istisna olmaqla) qaz təchizatında məhdudiyyətlər olacaq.