Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Cəfərov/
Dövlət əmlakını qanunsuz mənimsəmək və əxlaqsızlıqda ittiham olunan İran polisinin komandirlərindən birinə hökm oxunub.
Məhkəmə həmin polis komandirinin 3 il müddətinə xidmətdən uzaqlaşdırılması və 149 şallaq vurulması barədə qərar verib. Bu barədə Trend "İran" qəzetinə istinadən məlumat verir.
Polis komandirinin adını açıqlamayan qəzet onun məhkəmə qərarı ilə cərimələndiyini yazıb.
Cəzalandırılan komandir hökmdən müxtəlif məhkəmə instansiyalarına şikayət etsə də, Ali Məhkəmə birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.
Hökm icraya yönəldilib.