...

Bakıda MDB və Baltikyanı ölkələrin regional forumu keçiriləcək

Cəmiyyət Materials 19 Oktyabr 2011 17:57 (UTC +04:00)
Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Həmrəylik Təşkilatının himayədarlığı altında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin və Baltikyanı dövlətlərin regional forumu təşkil olunacaq.
Bakıda MDB və Baltikyanı ölkələrin regional forumu keçiriləcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir M.Əliyev/

Bakıda oktyabrın 20-22-də Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Həmrəylik Təşkilatının himayədarlığı altında Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin və Baltikyanı dövlətlərin regional forumu təşkil olunacaq.

Trend-in məlumatına görə, Bakıda keçirilən regional forumda MDB-dən 12 və Baltikyanı dövlətlərdən 3 təmsilçi ilə yanaşı, Soçi Qış Olimpiya Oyunlarının təşkilat komitəsinin nümayəndəsinin də iştirakı gözlənilir. Forumda müxtəlif mövzularda çıxışlar olacaq. Gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin də proqram çərçivəsində çıxışları nəzərdə tutulub.

Tədbirin ikinci günü forumda iştirak edənlərin olimpiya kompleksləri və idman qurğuları ilə tanışlığı planlaşdırılıb. Tədbir iştirakçıları taekvondo, hokkey, tennis və digər idman növləri üzrə federasiyalara da baş çəkəcəklər.

Xəbər lenti

Xəbər lenti