...

Qazaxstanda təhsil alan tələbələr üçün Heydər Əliyev təqaüdü təsis olunub

Cəmiyyət Materials 20 Oktyabr 2011 12:12 (UTC +04:00)
Qazaxstanın Qərbi-Qazaxıstan Tibb Akademiyasında (QQTA) təhsil alan azərbaycanlı tələbələr üçün Heydər Əliyev təqaüdü təsis edilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun mətbuat xidmətindən məlumat verilib.
Qazaxstanda təhsil alan tələbələr üçün Heydər Əliyev təqaüdü təsis olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Hacıyev/

Qazaxstanın Qərbi-Qazaxıstan Tibb Akademiyasında (QQTA) təhsil alan azərbaycanlı tələbələr üçün Heydər Əliyev təqaüdü təsis edilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun mətbuat xidmətindən məlumat verilib.

Təqaüdün təsis olunması barədə qərar Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədovun Qazaxıstan Respublikasının Aktyubinsk vilayətinə işgüzar səfəri çərçivəsində Marat Ospanov adına Qərbi-Qazaxıstan Tibb Akademiyasının rektoru, tibb elmləri doktoru, professor Bekmuxambetov Erbol Jasulanoviçlə görüş zamanı qəbul olunub.

Akademiya ilə Baş konsulluq arasında imzalanacaq sazişə əsasən, təqaüd Akademiyanın müxtəlif fakültələri üzrə yüksək göstəricilərə malik olacaq beş tələbəyə veriləcək. Taqaüd bir dəfəlik olacaq və hər təhsil ilinin sonunda, Azərbaycan xalqının ümummilli liderinin dogun günü ərəfəsində tələbələrə təqdim olunacaq.

Görüş zamanı Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində QQTA ilə Azərbaycan Respublikasının müvafiq ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə və müəllimlərin təcrübə mübadiləsinin aparılması məsələlərinin Baş konsulluq vasitəsi ilə həyata keçirilməsinin mümkünlüyü qeyd olunub, həmçinin Baş konsulluq tərəfindən Akademiyada Azərbaycan günlərinin keçirilməsi qərarlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti