...

Azərbaycan Gənclərinin VI Forumu keçiriləcək

Cəmiyyət Materials 21 Oktyabr 2011 13:22 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 25-də Azərbaycan Gənclərinin VI Forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilir.
Azərbaycan Gənclərinin VI Forumu keçiriləcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 25-də Azərbaycan Gənclərinin VI Forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilir.

Heydər Əliyev adına Respublika Sarayında 2 minə yaxın gəncin bir araya gələcəyi Forumda qeyri-hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai-siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, yaradıcı və istedadlı gənclərin problemləri və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.

İlk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də keçirilmişdi. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması haqqında fərman imzalamışdı. Bu günə qədər Azərbaycan gənclərinin 1999, 2003, 2005 və 2008-ci illərdə 5 forumu keçirilib.

Xəbər lenti

Xəbər lenti