...

Ombudsman: Azərbaycanda uşaqlar arasında diabet xəstəliyi əvvəlki illərlə müqayisədə artıb

Cəmiyyət Materials 21 Oktyabr 2011 13:15 (UTC +04:00)
Azərbaycanda uşaqlar arasında diabet xəstəliyi əvvəlki illərlə müqayisədə artıb. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında ombudsman Elmira Süleymanova deyib.
Ombudsman: Azərbaycanda uşaqlar arasında diabet xəstəliyi əvvəlki illərlə müqayisədə artıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda uşaqlar arasında diabet xəstəliyi əvvəlki illərlə müqayisədə artıb. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında ombudsman Elmira Süleymanova deyib.

"Diabet xəstəliyi uşaqlara xas olan xəstəlik deyil. Amma indi, elə bil, bu xəstəlik gəncləşib. Uşaqlar arasında bu xəstəlik əvvəlki illərlə müqayisədə çox yayılıb. Uşaqların sağlamlığının müdafiəsi üçün mütəmadi tədbirlər keçirilir", - Süleymanova bildirib.

Azərbaycanda oktyabrın 20-dən "Uşaq hüquqları" aylığı başlayıb. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə keçirilən və ənənəyə çevrilən bu tədbir noyabrın 20-dək davam edəcək.

Ombudsman regionlarda Olimpiya İdman komplekslərinin açılmasını təqdir etdiyini bildirib.

"Uşaqlar idmanda uğur qazanırlar. Bu uşaqlar pis vərdişlərə aludə olmurlar. Uşaqları xəstəliklərdən, zorakılıqdan qorumalıyıq. Bu, hər birimizin vəzifəsidir", - Süleymanova deyib.

Onun sözlərinə görə, uşaqların fəal olmaması ən böyük problemlərdəndir.

"YUNİSEF-lə iş aparırıq, rayonlarda insan haqları mərkəzləri yaratmaq istəyirik. Yuvenal ədliyyə ilə bağlı qanunun qəbulu çox uzandı. Bu qanunun qəbuluna böyük ehtiyac var. Uşaqlara qarşı seksual zorakılığa dair konvensiyanı qəbul etmişik. Uşaqlara qarşı cismani cəzaların ləğv olunması ilə bağlı qanunun qəbulu üçün Milli Məclisə müraciət etmişik", - ombudsman əlavə edib.

Xəbər lenti

Xəbər lenti