...

Səudiyyə Ərəbistanı 30 min Türkiyə vətəndaşını deportasiya edir

Cəmiyyət Materials 22 Oktyabr 2011 14:09 (UTC +04:00)
Səudiyyə Ərəbistanı hökuməti ölkədə işləyən 3 milyon əcnəbinin deportasiya edilməsi barədə qərar qəbul edib. Onlar arasında 30 min Türkiyə vətəndaşı var.
Səudiyyə Ərəbistanı 30 min Türkiyə vətəndaşını deportasiya edir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Səudiyyə Ərəbistanı hökuməti ölkədə işləyən 3 milyon əcnəbinin deportasiya edilməsi barədə qərar qəbul edib. Onlar arasında 30 min Türkiyə vətəndaşı var. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazır. Bu qərar işsizliklə mübarizə proqramı çərçivəsində qəbul edilib.

İyulun yekunlarına əsasən, Səudiyyə Ərəbistanında işsizlik 10,8 faizə çatıb. Bununla əlaqədar ölkə rəhbərliyi işsizliklə mübarizə proqramına başlayıb. Proqram, həmçinin ölkədə müxtəlif vəzifələrdə Səudiyyə Ərəbistanı vətəndaşlarının sayının artmasını nəzərdə tutur.

Səudiyyə Ərəbistanı əhalisinin sayı 18 milyon 700 nəfərdir. Onlardan 8 milyon 42 min nəfəri əcnəbilərdir.

Səudiyyə Ərəbistanında fəaliyyət göstərən bir neçə iri Türkiyə şirkəti bu qərarla bağlı narahatçılığını bildirib. Onlar iddia edirlər ki, yerli sakinlər bu firmalarda işləyən türklər kimi o qədər də peşəkar və əməkqabiliyyətli deyillər.

Xəbər lenti

Xəbər lenti