...

Azad Rəhimov: Azərbaycan gəncliyi dövrlə ayaqlaşaraq sürətlə inkişaf edir

Cəmiyyət Materials 25 Oktyabr 2011 11:06 (UTC +04:00)
Azərbaycan gəncliyi dövrlə ayaqlaşaraq, zamanın nəbzini tutaraq sürətlə inkişaf edir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Azərbaycan Gənclərinin VI Forumundan əvvəl jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
Azad Rəhimov: Azərbaycan gəncliyi dövrlə ayaqlaşaraq sürətlə inkişaf edir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan gəncliyi dövrlə ayaqlaşaraq, zamanın nəbzini tutaraq sürətlə inkişaf edir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Azərbaycan Gənclərinin VI Forumundan əvvəl jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

"Azərbaycan gənclərinin inkişafını və potensialını həm daxildə gedən proseslərdə, həm də beynəlxalq tədbirlərdə görmək mümkündür. Gənclərimiz müasir texnologiyanın tətbiqi sahəsində, həmçinin sosial şəbəkələrdə öz uğurlarını nümayiş etdirirlər", - nazir deyib.

Onun sözlərinə görə, gənclərin potensialından Azərbaycanın dünyada tanınması istiqamətində həyata keçiriləcək layihələr vasitəsi ilə də bəhrələnmək lazımdır.

"Azərbaycan gəncliyi dövlət proqramından irəli gələn məsələlərin və atacağımız addımların müzakirəsi də bu forumda reallaşacaq. Proqramın icrası üçün atılacaq addımlar müəyyənləşdiriləcək", - Rəhimov əlavə edib.

Heydər Əliyev adına Respublika Sarayında 2000-ə yaxın gənc bir araya gəlib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Gənclərinin VI Forumunda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edirər.

İlk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də keçirilmişdi. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında fərman imzalamışdı. Forum Azərbaycanın müasir ictimai siyasi tarixində özünəlayiq yer tutaraq dövlətin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan verib. Bu günə qədər Azərbaycan gənclərinin 5 forumu keçirilib. II Forum - 1999-cu il, III Forum - 2003-cü il, IV Forum - 2005-ci il, V Forum - 2008-ci ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti