...

"Eurovision" mahnı müsabiqəsinin milli seçim turuna sənəd qəbulu başa çatıb

Cəmiyyət Materials 26 Oktyabr 2011 11:14
"Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) keçirdiyi milli seçim turunda iştirak etmək üçün sənəd qəbulu başa çatıb.
"Eurovision" mahnı müsabiqəsinin milli seçim turuna sənəd qəbulu başa çatıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) keçirdiyi milli seçim turunda iştirak etmək üçün sənəd qəbulu başa çatıb.

İTV-nin İctimaiyyətlə əlaqələr və internet şöbəsinin rəhbəri Tahir Məmmədovun çərşənbə günü Trend-ə verdiyi məlumata görə, seçim turunda iştirak etmək üçün 119 nəfər sənəd verib. Yaxın vaxtlarda seçim turunda iştirak üçün sənəd verən şəxslərin kastinqinə başlanacaq. Kastinqdə yarışmaya buraxılacaq iddiaçılar seçiləcək. Ondan sonra seçilmiş ifaçılar canlı efirdə yarışacaqlar. Bütün bu proseslər bir neçə ay davam edəcək və yalnız bundan sonra "Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycanı kimin təmsil edəcəyi bəlli olacaq.

Məmmədov builki seçim turunun ötən il olduğu kimi həyata keçiriləcəyini də qeyd edib.

"İctimai televiziyanın ötən il həyata keçirdiyi milli seçim üsulu gözəl nəticə verdi. Bu seçim metodu Avropa Yayımlar Birliyi tərəfindən çox müsbət qiymətləndirildi və digər iştirakçı ölkələrə tövsiyə edildi. Çünki bu seçim üsulu "Eurovision" mahnı müsabiqəsinin keçirilmə üsulu ilə eynidir. Ona görə də, biz bu il də həmin üsulu tətbiq edəcəyik", - Məmmədov deyib.

Milli seçim turunda iştirak üçün sənəd qəbulu oktyabrın 15-dən 25-dək aparılıb.

Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti