Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar

Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar

Xəzangül Hüseynova - Azərbaycan Yazıçılar Birliyi və Avrasiya Yazarlar Birliyinin üzvü

Ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, onun ölməz ideyaları öz dövrünü xeyli qabaqlamış, humanizm, ülvi məhəbbət, fədakarlıq haqqında, ədalətin bərqərar olması uğrunda fəal mübarizə aparmağın yollarını göstərmişdir. O, zülmkarlığa qarşı etiraz səsini ucaltmış, hökmdarlara, padşahlara qarşı o dövr üçün son dərəcə cürətli sayılan fikirlər irəli sürmüşdür.

Nizami ədəbiyyatda özünə qədər tədqiq edilməmiş yeni sahələr kəşf etmişdir. Poeziyada daxili həyəcanlarını, qəlb çırpıntılarını öz oxucularına təlqin edə bilmişdir.

Bütün bəşəri duyğuları əsərlərində cəmləşdirən, ona görə də bəşəriləşən Nizami. Gəncədə doğulan, Gəncədə yaşayıb-yaradan, özü ilə, sözü ilə Gəncəni də ucaldan Nizami.

870 ildir ki, Nizami ədəbiyyatın əbədiyyət səhifəsində ən ucada oturub, öz poetik, idrakla, təfəkkürün vəhdətindən irəli gələn əsərlərinin qalibiyyət bayrağını bütün kainat üzərində dalğalandırır. Özü də heç vəchlə özünün unudulmasına, unudulmaq yox, bir növ, azda olsa uzaqlaşmasına yol vermir. Nizaminin dediyi kimi, "Yüz illər keçsə də, sorsanız o hardadı, misralarım deyəcək o burdadı".

O, Gəncədə doğulsa da, bütün dünya ölkələri, bütün millətlər onu hardasa özününküləşdirməyə cəhd edir. Çünki onun əsərləri bütün dünya poeziyasına "Nizami" möhrünü vurub.

Nizami "Xəmsə"sinə daxil olan poemaları ozündə Şərq poeziyasının, ən əsası türk poeziyasının mədəniyyət tarixində yeni səhifə açmış, son dərəcə gözəl, misilsiz poemalar Yaxın və Orta Şərq ədəbiyyatı və incəsənətinin inkişafına böyük təsir göstərmiş və indi də göstərməkdədir. Həm də türk poeziyasının bir çox klassikləri üçün tükənməz ilham mənbəyi olmuşdur. Nizaminin "Xəmsə"sinə çoxlu nəzirələr yazılmışdır. Bu nəzirələr görkəmli türk şairləri Əbdürrəhman Cami, Əlişir Nəvai, Xosrov Dəhləvi və başqa klassiklər tərəfindən qələmə alınmışdır.

Böyük Nizaminin fəlsəfi, romantik, məhəbbət, tarixi qəhrəmanlıq poemaları rəssamlar üçün də tükənməz yaradıcılıq şövqü üçün ilham mənbəyi olmuşdur və çoxlu incəsənət əsərlərinin meydana gəlməsinə səbəb olmuşdur.

Türk dünyası ölkələrindən biri və o dövr üçün ən möhtəşəmi olan Azərbaycan torpağının övladı və Gəncə şəhərinin dünyaya bəxş etdiyi, bütün bəşəriyyəti heyrətdə qoyan, qeyri-adi, sözlə ifadə olunmayan istedada malik böyük Nizami ilə fəxr edir, qürurlanırıq. Onun hər əsərində Azərbaycan, o cümlədən türk dünyasının adət-ənənələrinə, folkloruna, əxlaq dünyasına tükənməz sevgisini, məhəbbətini görürük.

Böyük Nizami türk qadınını ucalardan ucalara qaldırmış, qadın fədakarlığına, qadın ağlına, qadın sədaqətinə, qadın ismətinə yüksək qiymət vermişdir. Onun Fitnəsi, Şirini, Nüşabəsi, Azadəsi əsl türk qadınlarıdır. Türk qadını Fitnə o qədər cəsur, o qədər ağıllı, o qədər səbirli qadın surətidir ki, o, hətta Bəhram şaha özünün fikirlərini təlqin edə bilir.

Nizami öz əsərlərində yeniliklə birgə, keçmişi də qiymətləndirməyə unutmamağa çağırır. O deyir ki, "Keçmişin çil-çırağına daş atmaq, yetimlərin malına əl uzatmaq kimi bir şeydir". Ən əsası, onu demək olar ki, o həm də tədqiqatçı alim olub. Məsələn: "İsgəndərnamə" poemasını yazmamışdan əvvəl İsgəndər haqqında kitab kimi yazılı heç bir mənbə tapmamışdır. İsgəndər haqqında yəhudi, nəsrani, pəhləvi dillərində yazılan əlyazmalardan istifadə etmişdir. "Yeddi gözəl"i yazanda bütün şahların tarixini öyrənmişdir. Ona görə də Nizami yazırdı:

Dünyada nə qədər kitab var hələ,
Çalışıb mən onu gətirdim ələ.

"Xəmsə"sini oxuduqca onun xalqla daim təmasda olduğunu, kəndlilərlə, dünyagörmüş müdrik qocalarla yaxın olduğunu, xalq yaradıcılığını, doğma Azərbaycan və bütün türk ölkələrinin şifahi ədəbiyyatını, folklorunu yaxşı bildiyini görürük. Əməkçi insana sonsuz məhəbbət, xalq hikmətlərinə doğma münasibət insanı heyrətdə qoyur. O, öz Azərbaycan dilinin qiymətini bilməyin əsas amillərindən birini başqa dilləri bilməkdə görürdü. O, bir beytində deyir:

Saydığım dilləri ətraflı bilən,
Saxlar öz dilini tənə, töhmətdən.

İnsan Nizami dərinliyinə endikcə istər-istəməz onun fikir, ağıl, poetik hünərinin önündə mat qalır, bilmirsən, hansı tərəfə dönəsən ki, həyəcanını boğa biləsən. Elə bil ki, onun ürək çırpıntılarını, daxili həyəcanını, poetik ilhamı, ilahi duyğuları səni silkələyir, bir növ səni özününküləşdirir, sən istər-istəməz onun quluna, qurbanına çevrilirsən və belə qul olmaq, belə qurban olmaq insana mənəvi sevinc, mənəvi yüksəklik gətirir. Onu "söz tanrısı" adlandırırıq. Özü demişkən, "Şeir hücrəsinin əsasını mən qoydum", "Mən şeiri elm, ürfanla birləşdirdim". Bu "söz tanrısı"nın söz bəndələri kimi ona səcdə edirik. Bundan başqa, Nizamini oxuduqca onun dərdə üstün gəlmək bacarığına heyran qalırsan. O, dərdə çəkdiyi zəhmət hesabına üstün gəlir. O deyir:

Qana qəltan etsə də, səni zəhmət tikanı,
Çalışmaqdan usanma, işə alışdır canı.

Bizə elə gəlir ki, Nizamini aça bilmişik. Amma mənim fikrimcə, o, hələ pünhandı, gizlidi. Biz onu tamamilə aça bilməmişik. Onu aça bilmək üçün elmlə helmi birləşdirərək, bu birləşmənin vəhdətindən ərsəyə gələn əsərlərini bütövlükdə tədqiq etmək lazımdır. Çünki o, elə bir dühadır ki, onun dahiliyi Göylə Yerin barışığından, məhəbbətindən doğulmuşdu. Böyük Nizami özünün kimliyinin sirrini özünü insanlara tanıtmaq üçün açar vermişdi. O deyir: "Hər kəs məni görmək istəsə, canımın məğzini əsərlərimdə görə bilər". Özünün gizliliyini, Nizami sirrinin dərkedilməzliyini idrakımızın, təfəkkürümüzün hardasa dərk etməsi üçün onun səviyyəsi ilə uyğunlaşmamaq bizə mane olur. O, özü də yazılarında bizə kömək etmək istəyir. Deyir ki, "O kəs ki, hər beytində sənə bir sirr açar, o səndən necə gizli qala bilər?" O, hər beytində bir sirr açırsa, deməli o, sirr məcmusudur, bu sirr məcmusu bütövlükdə bir vəhdətdir. Bütövlük özü də dünyadı, bütün kainatdı. Ona görə də sirrdir, özü də ilahi bir sirr. Amma fərəhlə, qürurla onu deyə bilərəm ki, o, azərbaycanlıdı, o, türkdü, o, gəncəlidi.

Mən inanıram ki, bir vaxt xəyalımda canlanan "Nizami şəhərciyi" öz həqiqət adlanan libasını geyinib gerçəkliyə çevriləcək.

Bu, mütləq olacaq...

Bu, tarixi bir salnaməyə çevriləcək. Bu tarixi salnaməni yaradan, bu missiyanı yerinə yetirən ömürlük tarixin yaddaşına həkk olunub, Nizami ruhunun istəklisinə, məhəbbətinə çevriləcək. Eşq olsun belə istəyə, belə məhəbbətə. Buna nail olan insan nə bəxtiyardır.

870 ildir bəşəriyyəti öz poetik dünyası ilə heyrətdə qoyan İlyas ibn Yusif ibn Müəyyəzdir - o, nurdur, o, işıqdır, o, böyük Nizamidir.

"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA
Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA
Loading Bars
Xəbər lenti
Azərbaycanın növbəti tarixi uğuru
İranda koronavirusdan daha 75 nəfər ölüb
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
27 dövlət əmlakı hərraca çıxarılacaq
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb
Bu yolda hərəkət qismən məhdudlaşdırılır
20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində təhlil edilib
UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub (FOTO)
Narazı şagirdlər yenidən qiymətləndirmədən keçə bilərlər - Şöbə müdiri
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Gömrükçülər yük avtomobilindən 38 ədəd “Iphone 12” müsadirə edib (VİDEO)
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
Fənn olimpiadaları fevralın sonu ənənəvi qaydada keçirilə bilər
Füzuli rayonunun Qarğabazar kəndi (FOTO/VİDEO)
Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab
Fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur - RƏSMİ
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Sabah hava yağmursuz keçəcək
Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər
Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq çətindir - Nazir
Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var - Təhsil naziri
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın ölkəmizdəki yeni səfiri ilə görüşüb (FOTO)
Müəllim və şagirdlərin davamiyyəti nəzarətdə saxlanılır
Azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq
Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri" müzakirə olunub (FOTO)
İbtidai siniflərin nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin saytında yerləşdirilib
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri
Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri
Yağan qardan sonra paytaxta təmizlik işləri aparılır (FOTO)
Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb
Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir
Azərbaycanda koronavirusa yoluxan şagird və təhsil işçilərinin sayı açıqlandı
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Fiziki tərbiyə dərsləri müvəqqəti dayandırılır
Vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb - Emin Əmrullayev
Təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək - RƏSMİ
Sumqayıt Texnologiyalar Parkına yeni baş icraçı direktor təyin olunub
Təhsil kreditləri yeni qaydalarla verilə bilər
Təhsil haqqının ləğv edilməsi rəqabət şəraitindən imtina deməkdir - Nazir
Hazırkı şərait daha çox ibtidai sinif şagirdlərinin emosional vəziyyətinə təsir edib - Təhsil naziri
Parkinq KASKO avtomobil sığortasını Insure.az-da onlayn əldə edin
Ermənistanda müxalifət parlament qarşısında etiraz aksiyası keçirir
Qazaxıstanın Azərbaycandan pomidor idxalına tətbiq etdiyi məhdudiyyətlər müvəqqəti xarakter daşıyır - Nazirlik
Bu siniflər tədrisin bərpasında problem yarada bilər - Nazir
Ermənistan tərəfdən Qarabağda döyüşlərə cəlb edilən daha iki terrorçu barədə cinayət işi başlandı
Ötən il ölkədə 170 yaşayış evi və obyektə oğurluq cəhdinin qarşısı alınıb
İri şəhərlərdə tədris həftədə 3, rayonlarda 4-5 dəfə olacaq - Nazir
Fevralın 1-dən bu şagirdlər məktəbə gedəcək
Ali məktəblərdə təhsil nə zaman bərpa olunacaq? - Nazirdən AÇIQLAMA
Rusiyada koronavirusdan ölənlərin sayı 68 mini keçib
İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb
Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsi araşdırılır - AQTA
Məktəblər fəaliyyətə başlayır - Təhsil Nazirliyi təfərrüatları açıqladı (FOTO/VİDEO)
Fevralın 1-dən məktəblər açılır
Minatəmizləmə Agentliyinin əməkdaşı Cəbrayılda minaya düşüb
Günay Cəlilova Yelo Bankın İdarə Heyəti sədrinin müavini təyin olunub
Sürücülərə şad xəbər: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir
Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasportla bağlı müraciət olunub
Dövlət xidmətləri barədə ilk sənədli filmdə “ASAN xidmət”dən bəhs olunub (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da hava şarları ilə internetə girişi təmin edən layihə bağlanıb
"Dostluq" Trans-Xəzər kəməri üzrə yeni danışıqlar üçün mühit yaradacaq - Norveç konsaltinq şirkəti
Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub - Sədr müavini
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirdi (FOTO/VİDEO)
Nişan edənlər polis şöbəsinə aparıldı
Pensiya adı ilə 480 min manatı mənimsəyən vəzifəli şəxslərin məhkəməsi başlayır
Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
Bank Respublika “Qarabağ Dirçəliş Fondu”na 200 min manat köçürüb
Şuşada yeni yarimstansiya tikilir (FOTO/VİDEO)
Bu hərəkətlər avtoxuliqanlıq hesab olunacaq - Yeni qaydalar
Qəza zamanı hadisə yerini tərk edən sürücü bu halda inzibati məsuliyyətə cəlb edilməyəcək – Qaydalar dəyişir
Sürücülərın sürücülük vəsiqəsini özləri ilə daşımasına ehtiyac qalmayacaq
Astara terminalının yükaşırma gücü artırılacaq
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası – Ölüm halları, qəzalar azalacaq
Ölkənin avtomobil yollarındakı hazırkı vəziyyət açıqlandı
"Dostluq" layihəsi enerji üzrə böyük potensialı reallaşdırmağa imkan verəcək - Fransalı ekspert
Dəmir Yollarında işə qəbul prosesi tamamilə məsafədən keçiriləcək
Bakıda yataqxana yanıb
Ötən gün poliklinikada 52 nəfər vaksinasiya olunub - Baş həkim
Sms-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
Evini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi başlandı
Ötən il Bakıda baş verən yol qəzalarında 169 nəfər ölüb
Postlardan keçməyə cəhd göstərən 2059 avtomobil geri qaytarıldı, 1 nəfər həbs edildi
Xəstəxanalara xəbərdarlıq: Rentgen və digər aparatlar yoxlamadan keçməlidir
Dayısı oğlu 36 yaşlı Şəmkir sakinini güllələyərək qətlə yetirdi
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti mərhələsinə fevraldan başlanılacaq
ETSN Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara aydınlıq gətirib
Türkmənistanla memorandumun imzalanması Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq - Ekspert
Bakıda yolların buz bağlaması əsas prospektlərdə sıxlıq yaradıb - BNA
Müharibədən zərər görən ailələrdə psixoloji travmanı aradan qaldırmaq üçün uzunmüddətli iş aparılmalıdır - Dövlət Komitəsi
Əhali ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsin - Mütəxəssis
Bütün xəbərlər