...

"Eurovision-2012" üçün milli seçimlərin ilkin dinləmələri başlayır

Cəmiyyət Materials 1 Noyabr 2011 11:03 (UTC +04:00)
"Eurovision Mahnı Müsabiqəsi-2012" üçün Milli seçim turuna sənəd vermiş iştirakçıların ilkin dinləmələri başlayır.
"Eurovision-2012" üçün milli seçimlərin ilkin dinləmələri başlayır

Azərbaycan, Bakı, 1 noyabr / Trend müxbir İ.İsabalayeva/

"Eurovision Mahnı Müsabiqəsi-2012" üçün milli seçim turuna sənəd vermiş iştirakçıların ilkin dinləmələri başlayır.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) çərşənbə axşamı Trend-ə bildirilib ki, noyabrın 3, 5, 7-də sənədləri gəbul olunmuş 119 nəfər iştirakçı İctimai Televiziyada ilkin dinləmələrdən keçəcək.

Dinləmələr 3 qrupa bölünəcək. İlk qrup noyabrın 3-də çıxış edəcək. Çıxışlarda hər iştirakçı öz səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək 2 mahnı ifa etməlidir.

Bu dinləmələrdən keçən şəxslər Milli seçim turunun əsas mərhələsinə qatılacaq və İctimai Televiziyanın canlı efirində yarışacaq.

Milli seçimin ötən ilki qayda ilə aparılacaq. Azərbaycanın Eurovision-2012 təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti