...

Nazir müavini: Gənclərimiz dünyanın nüfuzlu universitetlərində kifayət qədər uğurla təhsil alırlar

Cəmiyyət Materials 5 Noyabr 2011 13:18 (UTC +04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclər dünyanın nüfuzlu universitetlərində kifayət qədər uğurla təhsil alırlar.
Nazir müavini: Gənclərimiz dünyanın nüfuzlu universitetlərində kifayət qədər uğurla təhsil alırlar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 noyabr / Trend müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclər dünyanın nüfuzlu universitetlərində kifayət qədər uğurla təhsil alırlar. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Onun sözlərinə görə, gənclərimizin təhsillərini xaricdə yaxşı davam etdirməsi onların Azərbaycanda orta və bakalavr təhsilini uğurla başa çatdırmasının nəticəsidir.

Nazir müavini hesab edir ki, azərbaycanlı gənclər dünyanın tanınmış universitetlərində təhsillərini uğurla davam etdirirlərsə, bunu yalnız Azərbaycan təhsilinin nailiyyəti hesab etmək olar.

Novruzov əlavə edib ki, Dövlət Proqramı çərçivəsində bu il də daxil olmaqla, 1200-dək azərbaycanlı gənc dünyanın müxtəlif nüfuzlu ölkələrində təhsil almağa göndərilib.

Xəbər lenti

Xəbər lenti