...

Bu gün "Eurovision-2012" üçün milli seçim turunun ilkin dinləmələri başa çatıb

Cəmiyyət Materials 7 Noyabr 2011 12:40 (UTC +04:00)
Bu gün "Eurovision-2012" mahnı müsabiqəsi üçün milli seçim turunun ilkin dinləmələri başa çatıb. Bu barədə bazar ertəsi Trend-ə İctimai Televiziyadan məlumat verilib.
Bu gün "Eurovision-2012" üçün milli seçim turunun ilkin dinləmələri başa çatıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün "Eurovision-2012" mahnı müsabiqəsi üçün milli seçim turunun ilkin dinləmələri başa çatıb. Bu barədə bazar ertəsi Trend-ə İctimai Televiziyadan məlumat verilib.

Sənədləri qəbul olunmuş 119 nəfər iştirakçı 3 qrupa bölünüb.

Hər bir içtirakçı 2 mahnı ifa etməklə, səs və səhnə imkanlarını göstərib. Dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsinə adlayıb və İTV-nin canlı efirində yarışacaqlar.

Milli seçim turunun əsas mərhələsinə keçənlər barəsində rəsmi məlumat veriləcək.

Milli seçimin dinləmələrində münsiflər heyətində İctimai Televiziyanın aparıcıları, "Eurovision" mahnı müsabiqəsində şərhçilər Leyla Əliyeva, Hüsniyyə Məhərrəmova, müsiqiçi Zəhra Bədəldəyli, mügənnilər Tünzalə Ağayeva və Natəvan Şeyxova təmsil olunurlar.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti