...

Berti Foqtsun Türkiyə yığmasında çalışmaq istədiyi müəyyənləşib

Cəmiyyət Materials 7 Noyabr 2011 14:33 (UTC +04:00)
Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqtsun Türkiyə yığmasında çalışmaq istəyində olduğu müəyyənləşib.
Berti Foqtsun Türkiyə yığmasında çalışmaq istədiyi müəyyənləşib

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqtsun Türkiyə yığmasında çalışmaq istəyində olduğu müəyyənləşib.

Trend-in Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Azərbaycan yığmasının almaniyalı məşqçisi Uli Ştayn ölkəsinin mətbuatına müsahibəsində bildirib ki, millimizlə müqaviləsi başa çatmaq üzrə olan Berti Foqts daha iddialı komandada - Türkiyə yığmasında çalışmaq istəyir.

"Foqts klubda işləmək istəmədiyini çoxdan deyib. O, Azərbaycan yığması ilə Türkiyədə rəsmi oyunda olduğu zaman bu ölkədə futbolun necə sevildiyini gördü. Əgər Foqtsa Türkiyə Futbol Federasiyasından təklif gələrsə, bundan imtina etməz. O, Türkiyə yığmasının baş məşqçisi olmaq istəyir", - Ştayn bildirib.

Qeyd edək ki, Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin Avro-2012-yə vəsiqə qazana bilməyəcəyi halda komandadan gedəcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti