Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir M.Əliyev/
Azərbaycanın Tərtər rayonunun Sarıcalı kəndində ötən gün 36 yaşlı qadının meyiti aşkarlanıb. Bu barədə Trend-ə Tərtər Rayon Prokurorluğundan bildirilib.
Tünzalə Qəşəm qızı Həsənovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə aşkarlanıb. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Ötən gün Ucar sakininin su kanalında meyiti aşkarlanıb. Bu barədə Trend-ə Rayon Prokurorluğundan bildiriblər. Ucar rayon sakini Ağamir Murtuzayevin meyiti Göyçay və Ucar rayonları ərazisindən keçən su kanalında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri yoxdur. Faktla bağlı araşdırma aparılır.
Həmçinin noyabrın 10-da Mehdiabad qəsəbəsinin 53 yaşlı sakini Mehdiyev Telman Camal oğlu yaşadığı evdə tapança ilə özünə başından atəş açıb. Bu barədə Trend-ə Abşeron Rayon Prokurorluğundan bildirilib.
İşsiz olan Mehdiyev Abşeron rayon 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla əlaqədar Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.