...

Azərbaycanda 102 mindən çox şəxsə əlilliyə görə sosial müavinət təyin edilib

Cəmiyyət Materials 19 Noyabr 2011 12:53 (UTC +04:00)
Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda əlilliyə görə 102 209 nəfərə sosial müavinət təyin edilib.
Azərbaycanda 102 mindən çox şəxsə əlilliyə görə sosial müavinət təyin edilib

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda əlilliyə görə 102 209 nəfərə sosial müavinət təyin edilib.

Dövlət Statistika Komitəsindən şənbə günü Trend-ə verilən məlumata görə, sosial müavinət təyin edilmiş 304 502 nəfərin 16 273-ü bu vəsaiti yaşa, 36 698 nəfəri ailə başçısını itirməyə, 60 475 nəfəri sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqları olduğuna görə alır. Azərbaycanda 51 nəfər dövlət qulluqçusuna ömürlük sosial müavinət verilir.

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərər çəkən 520 nəfərə kompensasiya, 20 923 uşaqlı ailəyə aylıq müavinət təyin edilib.

Eyni zamanda, 95 348 nəfərə birdəfəlik müavinət təyin edilib ki, onların 81 695-ni uşağın doğulmasına görə ailələrə verilən müavinətlər təşkil edib.

Xəbər lenti

Xəbər lenti