...

Sabah Azərbaycanın bəzi ərazilərinə qar yağacaq

Cəmiyyət Materials 19 Noyabr 2011 13:09 (UTC +04:00)
Noyabrın 20-də ölkə ərazisində hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.
Sabah Azərbaycanın bəzi ərazilərinə qar yağacaq

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Noyabrın 20-də ölkə ərazisində hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, noyabrın 21-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 20-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti