...

Qənirə Paşayevanın "Onun sevgi məktubları" kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2011 15:19 (UTC +04:00)
Qənirə Paşayevanın "Onun sevgi məktubları" adlı romanının təqdimatı və oxucular üçün imzalanma mərasimi keçirilib.
Qənirə Paşayevanın "Onun sevgi məktubları" kitabının təqdimatı keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.Mehdiyev/

Şənbə günü Azərbaycan deputatı Qənirə Paşayevanın "Onun sevgi məktubları" adlı romanının təqdimatı və oxucular üçün imzalanma mərasimi keçirilib.

Trend-in məlumatına görə, millət vəkili bildirib ki, "Onun sevgi məktubları"nın satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək.

Həmin qadının çox acınacaqlı şəraitdə yaşadığını bildirən Qənirə Paşayeva bu addımla bir qadının, bir ananın və onun üç körpəsinin həyat şəraitini qismən də olsa yaxşılaşdırarsa, bunun bir müəllif olaraq ona kitabın sevincindən daha böyük sevinc bəxş edəcəyini deyib.

Qeyd edək ki, "Onun sevgi məktubları" romanı xanım millət vəkilinin yazdığı ilk bədii əsər olub, çağdaş Azərbaycan ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir.

Xəbər lenti

Xəbər lenti