...

Əflatun Amaşov: Azərbaycanda jurnalist təhsili verən institutlarda proqramlar yenidən hazırlanmalıdır

Cəmiyyət Materials 22 Noyabr 2011 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycanda jurnalist təhsili verən inistitutlarda proqramlar yenidən hazırlanmalıdır və bu sahədə çoxlu işlər görülməlidir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı ABŞ-Azərbaycan Media İnkişafı Fondu və Multimedia Mərkəzinin təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində "Yeni Media: kadr təminatı və peşəkarlıq" mövzusunda keçirilən konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Amaşov son illərdə dünya mediasında ciddi dəyişikliklərin baş verdiyini və bu dəyişikliklərin Azərbaycan mediasına da təsir etdiyini bildirib.

Şura sədri qeyd edib ki, hazırkı dövrdə informasiyanın 50-70 faizi internet-mediadan əldə olunur.

"Azərbaycanda əhali informasiyanı, ilk növbədə, televiziyadan, sonra internet, üçün yerdə isə klassik mətbuatdan (yazılı mətbuat) əldə edir", - o deyib.

Amaşov yeni medianın inkişafında kadr təminatı və peşəkarlığın böyük əhəmiyyət kəsb etdiyini bildirib və bu sahənin inkişaf etdirilməsinin zəruriliyindən danışıb.

Xəbər lenti

Xəbər lenti