...

Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi məsələsi müzakirə edilib

Cəmiyyət Materials 25 Noyabr 2011 15:05 (UTC +04:00)
Bakıda "Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-insitutusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində 2011-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı beynəlxalq konfrans keçirilib.
Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi məsələsi müzakirə edilib

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda "Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-insitutusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində 2011-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu il internat məktəbləri və uşaq evlərindən 105 uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. 465 nəfər uşagın isə internat məktəblərinə düşməsinin qarşısı alınıb.

Nazir uşaqlar üçün daha etibarlı müdafiə sisteminin qurulacağını deyib.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, valideyni və ya himayədarı olan uşaqların dövlət uşaq müəssisələrinə verilməsinin qarşısını almaq üçün dövlət tərəfindən həmin ailələrə yardımlar göstərilməlidir.

Millət vəkili qeyd edib ki, Azərbaycanda dövlət uşaq müəssisələrində olan 9776 uşaqdan 3750 nəfəri həmin müəssisələrdə gecələyir, 6026 nəfəri isə axşamlar evə gedir. "Həmin ailələr pulsuz yemək, paltar və dərs vəsaitləri üçün uşaqlarını imkansızlıqdan uşaq müəssisələrinə göndərirlər", - Paşayeva hesab edir. Onun fikrincə, uşaqların dövlət müəssisəslərinə verilməsi uşaqlar üçün psixoloji zərbədir.

Xəbər lenti

Xəbər lenti