...

Azərbaycanda dövlət qulluğuna onlayn sınaq imtahanları keçiriləcək

Cəmiyyət Materials 30 Noyabr 2011 14:58 (UTC +04:00)
Azərbaycanda dövlət qulluğuna sənəd vermiş namizədlər üçün gələcəkdə internet vasitəsilə sınaq imtahanları keçiriləcək.
Azərbaycanda dövlət qulluğuna onlayn sınaq imtahanları keçiriləcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluğuna sənəd vermiş namizədlər üçün gələcəkdə internet vasitəsilə sınaq imtahanları keçiriləcək.

Azərbayan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov çərşənbə günü Trend-ə bildirib ki, gələn ildən onlayn sınaq test imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Hazırda bu prosesin proqram mexanizminin hazırlandığını deyən sədr müavini qeyd edib ki, dövlət qulluğuna sənəd vermiş namizəd Komissiyanın internet saytında qeydiyyatdan keçib kod alandan sonra seçdiyi dövlət qulluğu vəzifəsinin təsnifatına uyğun olaraq test bazasına daxil olub ona verilmiş müddət çərçivəsində sualları cavablandıra biləcək.

Namizədlərin onlayn sınaq imtahanlarında iştirakına məhdudiyyətlər qoyulmayacaq.

Sınaq imtahanları üçün nəzərdə tutulan test bankı saytda açıq şəkildə yerləşdirilməyəcək. Həmin test bankına yalnız sənəd vermiş və qeydiyyatdan keçərək kod almış namizədlər daxil ola biləcəklər.

Qeyd edək ki, dövlət qulluğuna qəbul üzrə qeydiyyat elektron qaydada aparılır.

Komissiyadan müsabiqə və müsahibə nəticələri barədə məlumatların, dövlət qulluqçularının Reyestrindən məlumatların, dövlət orqanları tərəfindən ehtiyat kadrlar barədə müvafiq məlumatların əldə edilməsi, dövlət qulluğu sahəsində müxtəlif statistik hesabatların təqdim edilməsi də elektron qaydada mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti